525.Az

Paşinyan baş nazir təyin edildi


 

Paşinyan baş nazir təyin edildi<b style="color:red"></b>

"Vətəndaş müqaviləsi" partiyasının sədri Nikol Paşinyan baş nazir təyin edilib.

525.az erməni KİV-nə istinadən xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyan Paşinyanın baş nazir vəzifəsinə namizədliyini təsdiqləyib.

***

Ermənistanda yeni seçilmiş parlamentin ilk iclasında "Vətəndaş müqaviləsi" partiyası Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.

525.az-ın erməni KİV-nə istinadən məlumatına görə, hazırda baş nazir olan N.Paşinyanın namizədliyi parlament çoxluğu tərəfindən dəstəklənib.

Ermənistan qanunvericiliyinə əsasən, ölkə prezidenti çoxluq tərəfindən dəstəklənən namizədi baş nazir elan etməlidir.

Bundan sonra 15 gün müddətində yeni hökumət formalaşdırılacaq.

 





02.08.2021    çap et  çap et