525.Az

“Yardım kampaniyası dövlətimizi zəif göstərmək üçün başladılıb”


 

“Yardım kampaniyası dövlətimizi zəif göstərmək üçün başladılıb”<b style="color:red"></b>

"Xoş niyyətli hər yardım və tövhə milli birliyimizin gərəyidir".

525.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun öz tvitter hesabında yazıb.

"Axşamdan etibarən ölkə xaricindən və bir mərkəzdən təşkil olanan sözdə yardım kampaniyası ideoloji motivlərlə dövlətimizi aciz göstərmək və dövlət-millət birliyimizi zəiflətmək məqsədilə başladılıb", - F. Altun bununla yanaşı əlavə edib.

O, mövzu ilə bağlı bunun ardınca hesabında daha bir tvit paylaşıb:

“Hazırda sosial platformalarda, anlıq mesajlaşma qruplarında, forumlarda yayılan məlumatların böyük əksəriyyəti yalandır. Belə bir təbii fəlakət vəziyyətində yalan məlumat yayanların tələsinə düşməyək. Yalnız rəsmi qurumların açıqlamalarına etimad edək".

Qeyd edək ki, dünən axşamdan etibarən bütün sosial şəbəkələrdə #HelpTurkey həştəqi ilə Türkiyəyə yardımla bağlı “Global call” adlı kampaniya başlayıb. Qısa müddət ərzində 2 milyon nəfər kampaniyanı paylaşıb. Kampaniyanı paylaşanlar sırasında xeyli məşhur sima var.

 





02.08.2021    çap et  çap et