525.Az

Əlilliyi olan daha 71 nəfər müalicə mərkəzlərinə yola salınıb


 

Əlilliyi olan daha 71 nəfər müalicə mərkəzlərinə yola salınıb<b style="color:red"></b>

Sosial Xidmətlər Agentliyi tərəfindən daha 71 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Naxçıvan Muxtar Respublikasındakı sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 525.az-a verilən məlumata görə, sağlamlıq imkanları məhdud uşaqlar valideynlərindən birinin müşayiəti ilə göndəriliblər. Xəstəliklərinə uyğun olaraq Agentlik tərəfindən verilmiş yollayışlar əsasında yola salının şəxslərdən bir hissəsi “Duzdağ” Fizioterapiya Mərkəzi və Darıdağ Arsenli Su Müalicəxanasında, digər hissəsi Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində bərpa-müalicəsi prosedurlarına cəlb olunacaq.

Agentlik tərəfindən 2021-ci ilin ötən dövründə ümumilikdə 500-dən çox imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib.

 





02.08.2021    çap et  çap et