525.Az

"Taliban" Əfqanıstanda teleradio mərkəzini ələ keçirib


 

"Taliban" Əfqanıstanda teleradio mərkəzini ələ keçirib<b style="color:red"></b>

Əfqanıstanda "Taliban" təşkilatının silahlıları Helmand əyalətinin Ləşkərgah şəhərində regional teleradio mərkəzinin binasını ələ keçirib.

525.az xəbər verir ki, əyalət ərazisindəki bütün KİV-lər fəaliyyətini dayandırıb.

Qeyd olunur ki, teleradio mərkəzinin əməkdaşları iki gün əvvəldən binanı tərk edib.

Xatırladaq ki, iyul ayının əvvəllərində "Taliban" Əfqanıstanın Tacikistan, Türkmənistan, İran, Pakistan və Çinlə sərhədləri boyunca ərazilərin böyük hissəsini ələ keçirmişdi.

 





02.08.2021    çap et  çap et