525.Az

Azərbaycanda qida məhsullarının istehsalı artıb


 

Azərbaycanda qida məhsullarının istehsalı artıb<b style="color:red"></b>

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda qida məhsullarının istehsalında artım qeydə alınıb.

525.az xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 80,8 faiz, qida məhsullarının istehsalında 8,1 faiz artım, içki istehsalında isə 5,0 faiz azalma müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından qənd və şəkər tozunun istehsalı 79,3 faiz, duru bitki yağlarının istehsalı 4,6 faiz, kərə yağının istehsalı 5,4 faiz, kolbasa məmulatlarının istehsalı 8,4 faiz artıb, marqarin istehsalı isə 8,7 faiz azalıb.

 





02.08.2021    çap et  çap et