525.Az

“Baydenin vəziyyəti getdikcə pisləşir” - Roni Cekson


 

“Baydenin vəziyyəti getdikcə pisləşir” -<b style="color:red"> Roni Cekson</b>

ABŞ-ın keçmiş Prezidentləri Barak Obama və Donald Trampın həkimi olan Roni Cekson hazırkı dövlət başçısı Co Bayden haqqında təəccüblü bir iddia ilə çıxış edib.

525.az xəbər verir ki, Cekson, zehni problemləri səbəbi ilə səlahiyyət müddətini başa vurmadan Baydenin qovulacağını önə sürüb.

“Prezident ya özü istefa edəcək, ya da onu konstitusiyanın 25-ci maddəsindən istifadə edərək vəzifəsindən azad edəcəklər”, - deyə o söyləyib.

Respublikaçılar Partiyasının parlament üzvü olan Cekson, bu barədə  "Fox" televiziya kanalında danışıb.  Həkim, Baydenin namizədlik müddətindən bəri özünü ifadə etməkdə çətinlik çəkdiyini xatırladıb. "Baydenin vəziyyəti getdikcə pisləşir və daha da pisləşəcək. Çətinliklə cümlə qura bilir", - deyə Ağ Evin keçmiş həkimi bildirib.

Məsələ ilə bağlı Ağ Evdən Baydenin 2021-ci ilin sonlarına doğru müayinələrdən keçəcəyini açıqlayıb. Səlahiyyətli şəxslər nəticələri ictimaiyyətlə paylaşacağına söz veriblər.

El Roman

 





02.08.2021    çap et  çap et