525.Az

ABŞ Rusiyanın 24 diplomatına bir ay vaxt verdi


 

ABŞ Rusiyanın 24 diplomatına bir ay vaxt verdi<b style="color:red"></b>

ABŞ hökuməti viza müddəti bitən 24 rus diplomata ölkəni tərk etmələri üçün sentyabrın 3-nə kimi vaxt verib.

525.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya səfiri Anatoli Antonov bildirib. O qeyd edib ki, ABŞ-ı tərk etməli olan diplomatların siyahısı səfirliyə təqdim edib.

“Bayden administrasiyasının Rusiya ilə sabit və proqnozlaşdıırla bilən əlaqələrin inkişafının vacibliyi ilə bağlı bəyanatına baxmayaraq, rusiyalı diplomatlar ABŞ -da görünməmiş məhdudiyyətlər şəraitində işləmək məcburiyyətində qalıblar. Vaşinqton birdən -birə viza prosedurunu sərtləşdirdiyinə görə, demək olar ki,onların heç biri əvəz edilməyəcək. Amerika hakimiyyəti heç bir izahat vermədən diplomatik missiya işçilərinin ailə üzvlərinin etibarlı vizalarını ləğv etməyə və həmçinin giriş icazələrinin yenilənməsini gecikdirməyə başladı”, - deyə Antonov qeyd edib.

 





02.08.2021    çap et  çap et