525.Az

“Pandemiyanı bu tarixdə geridə qoyacağıq” - İngiltərəli alim açıqladı


 

“Pandemiyanı bu tarixdə geridə qoyacağıq” - <b style="color:red">İngiltərəli alim açıqladı</b>

Dünyada 4 milyondan çox insanın həyatına son qoyan COVID-19 pandemiyasına qarşı bir neçə peyvənd hazırlanıb. Bu günə qədər təxminən 4 milyard doza peyvənd tətbiq edilərkən, bu vəziyyət sayəsində tunelin sonunda işıq görməyə başladıq.  Bəs koronavirus pandemiyası nə vaxt bitəcək?

525.az xəbər verir ki, haamının ağlındakı bu sualın cavabı İngiltərədən gəlib.  “Mirror” qəzetindəki xəbərlərə görə, sentyabr ayının sonuna qədər koronavirus pandemiyasının böyük bir hissəsini geridə qoyacağıq.  Ölkədə qapanmaların ən böyük müdafiəçilərindən biri olduğu üçün "təcrid memarı" kimi tanınan professor Neil Ferquson, peyvəndin təsirli olduğunu vurğulayıb. İlk karantində böyük rol oynayan alim, indiki dövr ərzində yoluxmalarda artım ola biləcəyini, ancaq ölən və ya ağır xəstələnənlərin sayının azalacağını bildirib.

İngiltərədə yayımlanan bir proqramda danışan alim,  "Peyvəndlərin xəstəxanaya qaldırılma və ölüm riskini azaltmasında təsiri böyük oldu. Əminəm ki, pandemiyanın çox hissəsini sentyabr və ya oktyabr ayının sonuna qədər arxada qoyacağıq", sözlərini deyib.

Ferquson bu vəziyyətin vaksinasiya sürəti ilə birbaşa mütənasib olacağını da vurğulayıb.

El Roman

 





02.08.2021    çap et  çap et