525.Az

"Şəhidlik zirvəsi - Qobustan şəhidləri" kitabı işıq üzü görüb


 

"Şəhidlik zirvəsi - Qobustan şəhidləri" kitabı işıq üzü görüb<b style="color:red"></b>

Bu günlərdə "Elm və Təhsil" nəşriyyat-poliqrafiya müəssisəsində "Şəhidlik zirvəsi - Qobustan şəhidləri" adlı yeni kitab işıq üzü görüb. Kitab tanınmış şair-yazıçı Mətanət Ulu Şirvanlının şəhidlər haqqında ərsəyə gətirdiyi növbəti nəşrdir. Kitab Birinci və İkinci Qarabağ döyüşlərindən bəhs edir. 

Müəllif kitabda erməni cəlladları tərəfindən vətənimizdə törədilən cinayətlərdən bəhs edərək 30 illik vətən həsrətini qələmə alıb. Qarabağı canı-qanı bahasına qoruyan qobustanlı şəhidlərimizin xatirəsini yad edən yazıçı igidlərin taleyini və döyüş yolunu elegiya janrında oxuculara təqdim edib.

"Heç kim unudulmur, heç kim yaddan çıxmır" başlığı altında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsi rəisinin müavini Şamil Əzizov, yazıçı Seyran Səxavət, Azərbaycan Yazıçılar Birliyinin katibi şair, publisist Rəşad Məcid, AYB-nin şöbə müdiri Sayman Aruz və yazıçı dramaturq Elçin Hüseynbəylinin şəhidlərimiz haqqında fikirləri kitabda qeyd edilib, vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda igidlik göstərən şəhidlərimiz böyük ehtiramla yad edilib.

Tanınmış şair Hikmət Məlikzadənin redaktoru olduğu bu kitabda vətən uğrunda canından keçmiş oğulların ömür yolu gənc nəsilə əsl vətənpərvərlik nümunəsi kimi təqdim edilib.

 





03.08.2021    çap et  çap et