525.Az

Xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun vaxtı uzadılıb


 

Xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun vaxtı uzadılıb<b style="color:red"></b>

2021-ci ilin payız semestri üzrə xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb.

Təhsil Nazirliyindən 525.az-a verilən məlumata görə, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulu 15 avqust 2021-ci il saat 23:59-dək davam edəcək.

Sənəd qəbuluna dair ətraflı məlumatla elan mətnindən tanış ola bilərsiniz.

 





03.08.2021    çap et  çap et