525.Az

Pərakəndə əmtəə dövriyyəsi 9% artıb


 

Pərakəndə əmtəə dövriyyəsi 9% artıb<b style="color:red"></b>

Bu ilin yanvar-mart aylarında Azərbaycanın pərakəndə ticarət subyektlərində istehlakçılara 5,1 mlrd. manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,2% çox əmtəə satılıb.

“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehlak mallarının 2,7 mlrd. manatını qida məhsulları, içkilər və tütün məmulatları, 2,4 mlrd. manatını qeyri-ərzaq malları təşkil edib. Qeyri-ərzaq məhsullarının ümumi pərakəndə ticarət dövriyyəsində xüsusi çəkisi 4,5% bəndi artıb.
 
Bu ilin birinci rübündə elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-mart aylarına nisbətən 31% artaraq 683,7 min manat təşkil edib. Əhali onlayn rejim vasitəsilə sifariş verdikləri istehlak mallarının 81,7%-ni hüquqi, 18,3%-ni fiziki şəxslərin ticarət şəbəkələrindən alıb.
 
Elektron ticarət dövriyyəsinin 91,6%-ni qeyri-ərzaq malları təşkil edib.

 





14.04.2014    çap et  çap et