525.Az

Rəşad Qasımovla sosial şəbəkədə görüş keçirildi


 

Rəşad Qasımovla sosial şəbəkədə görüş keçirildi<b style="color:red"></b>

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi tədbirlər çərçivəsində “Qonağım ol” rubrikasının budəfəki canlı yayımı 2 avqust Milli Kino Gününə həsr edildi.

İnstagram sosial şəbəsi üzərindən reallaşan görüş Azərbaycan Dövlət Film Fondunun Kino Arxiv şöbəsinin müdiri, kinoşünas Rəşad Qasımov ilə oxucular arasında keçirildi.

Oxucuları salamlayaraq Rəşad Qasımov haqqında məlumat verən kitabxananın əməkdaşı Ceyran Cəfərli Milli Kino Günü ilə əlaqədar suallarla qonağa müraciət etdi.

Maraqlı müzakirələrlə davam edən görüşə oxucularla yanaşı kinosevərlər də sualları ilə qatıldılar.

Əsas məqsəd, izləyiciləri Azərbaycan Milli Kino günü, eləcə də cizgifilm və uşaq filmləri haqqında ətraflı məlumatlandırmaq, oxucularla kinoşünas arasında disskusiyanın təşkil olunmasına şərait yaratmaq, həmçinin oxucuların intellektual səviyyəsinin inkişafında kitabxanaların rolunu qeyd etməkdir.

“Qonağım ol” rubrikası əsasında reallaşan görüş çərçivəsində, qonağ fəaliyyəti, kino sahəsindəki xidmətləri, Azərbaycan Milli Kino Günü və cizgifilmləri , çəkilən uşaq filmləri haqqında ətraflı məlumat verdi. Eləcə də, oxucuların “ müasir texnologiya dünyasında milli nağıllar əsasında çəkilən filmlərin çəkilməsinə ehtiyac varmı?”, “Sizə görə müasir Azərbaycan uşaq kino sahəsində hansı dəyişiklik və yeniliklərə ehtiyac var”, “Bu gün kino sahəsində uşaq filmlərinin ssenarisini yaza bilən kifayət qədər ssenaristlər varmı?”, “Uşaq filmlərinə çəkilə biləcək istedadlı uşaqlar yetişməkdədirmi?”, “Rəşad Qasımov uşaqlıqdan sevərək izlədiyi hansı filmləri bu gün də izləmələri üçün uşaqlara tövsiyə edərdi”,” Uşaq filmlərində rol almaq istəyən istedadlı balaca dostlarımız hara, necə və kimə müraciət etməlidirlər və onlara tövsiyələriniz nələr olardı” kimi müxtəlif suallarını ətraflı cavablandırdı.

Kinoşünas kitab və kitabxanaların əhəmiyyətini vurğulayaraq valideynlərə uşaqların asudə vaxtlarının mütaliə ilə keçirmələrinə şərait yaratmalarını tövsiyə etdi.

Görüşün sonunda kitabxananın əməkdaşı Ceyran Cəfərli kitabxana adından kinoşünasa maraqlı görüş üçün təşəkkür edərək, Rəşad Qasımovun timsalında 2 avqust Azərbaycan Milli Kino Günü münasibəti ilə bu sahədə çalışan bütün kino işçilərini səmimi qəlbdən təbrik etdi və onlara yaradıcılıqlarında uğurlar arzuladı

 





03.08.2021    çap et  çap et