Xəbər verdiyimiz kimi, Türkiyədə iyulun 28-i Antalyanın Manavqat bölgəsində başlayan və 6 gün ərzində fərqli rayonlarda baş verən toplam 144 meşə yanğınının 134-ü nəzarət altına alınıb.
525.az xəbər verir ki, hazırda 5 şəhərdə davam edən 10 yanğın üçün söndürmə çalışmaları davam edir. Davam edən yanğınlarda 16 yanğınsöndürən təyyarə, 9 PUA, 45 vertolyot, 1 pilotsuz vertolyot, 805 su tankeri və təqribən 5 200 işçi fəaliyyət göstərir.
Türkiyənin rəsmi qurumlarından verilən açıqlamada, yanğınlarla mübarizənin davam etdiyi, dövlətin meşələr üçün səfərbər olduğu qeyd olunub.
Meşə yanğınlarından geriyə qalan son mənzərəni təqdim edirik:
El Roman