525.Az

Polşalı atlet üçüncü dəfə olimpiya çempionu oldu


 

Polşalı atlet üçüncü dəfə olimpiya çempionu oldu<b style="color:red"></b>


Polşalı qadın atlet Anita Vlodarçik Tokio-2020 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

525.az xəbər verir ki, çəkicatma növündə yarışan 36 yaşlı idmançı 78,48 metr nəticə ilə bütün rəqiblərini geridə qoyub. O, ardıcıl üçüncü dəfə olimpiadada qızıl medala sahib çıxıb.

London-2012 və Rio-2016-da da fəxri kürsünün ən yüksək pilləsinə qalxan Vlodarçik 3 qat dünya və 4 qat Avropa çempionudur.

Qeyd edək ki, bu növdə Azərbaycanı təmsil edən Anna Skidan təsnifat mərhələsində 67,93 metr nəticə göstərib və finala vəsiqə qazana bilməyib.
 

 





03.08.2021    çap et  çap et