525.Az

Prezident Ulyanovsk vilayətinin qubernatorunu qəbul edib


 

Prezident Ulyanovsk vilayətinin qubernatorunu qəbul edib<b style="color:red"></b> Bu gün prezident İlham Əliyev Rusiya Federasiyasının Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, İlham Əliyev Azərbaycan ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin, o cümlədən ölkəmiz ilə Rusiyanın ayrı-ayrı subyektləri arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb.
 
Azərbaycanla Rusiya Federasiyası və onun subyektləri arasında müxtəlif istiqamətlərdə, o cümlədən investisiya, birgə istehsal və digər sahələrdə fəal əməkdaşlığın mövcud olduğunu deyən prezident İlham Əliyev bu əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb.
 





14.04.2014    çap et  çap et