525.Az

Koronavirus vaksinləri bu üsulla əvəz edilə bilər


 

Koronavirus vaksinləri bu üsulla əvəz edilə bilər<b style="color:red"></b>

Gələcəkdə koronavirus əleyhinə vaksinlərin inhalyatorlar (astma müalicəsində istifadə olunan respiratorlar) və həblərlə əvəz edilə biləcəyi açıqlanıb.

525 xəbər verir ki, kimyaçı Andersson İsveçin ən böyük elm müəssisələrindən biri olan “Medicon Village” laboratoriyasında kibrit qutusu ölçüsündə kiçik, plastik bir inhalyator saxlayır. Anderssonun komandası, bu kiçik məhsulun dünyanın hər yerindəki insanlara koronavirusla mübarizə üçün evdə toz vaksinləri qəbul etməsinə imkan verəcəyini açıqlayıb.

Adətən astma xəstələri üçün inhalyator istehsal edən "Iconovo" şirkətinin icraçı direktoru, toz halında vaksin haqqında, "İstehsalı asan və həqiqətən ucuzdur. Sadəcə qapağı götürürsən və peyvənd aktiv olur. Sonra ağzına qoyub dərindən nəfəs alırsan”, deyib.

Şirkət Stokholmda COVID-19 əleyhinə quru toz vaksini hazırlayan bir immunoloji tədqiqat təşkilatı ilə əməkdaşlıq edir. Bu işlərdə istehsal olunmuş koronavirusa qarşı peyvənddə proteinlərdən istifadə olunur.

Qeyd edək ki, hazırda COVID-19 pandemiyasından qorunma üçün vaksin yalnız iynə ilə təmin edilir.

El Roman

 





03.08.2021    çap et  çap et