525.Az

Muğlada daha bir zəlzələ baş verib


 

Muğlada daha bir zəlzələ baş verib<b style="color:red"></b>

Muğlanın Datça bölgəsində 4,1 bal gücündə daha bir zəlzələ olub.

525.az-ın məlumatına görə, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin bu gün yerli vaxtla saat 20:40-da qeydə alınıb.

AFAD-dan verilən məlumata görə, Egey dənizinin Datça sahilində zəlzələ yerin 7,6 kilometr dərinliyində baş verib.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 15:38-də eyni məkanda 5 bal gücündə zəlzələ baş verib.

Seysmoaktivlik artan ərazidə avqustun 1-də 5,5 maqnitudada zəlzələ qeydə alınmışdı.

 





03.08.2021    çap et  çap et