525.Az

Tokio-2020 - İdmançılar koronavirusa yoluxdu


 

Tokio-2020 -<b style="color:red"> İdmançılar koronavirusa yoluxdu</b>

Tokio-2020 Yay Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı artmaqda davam edir.

525 xəbər verir ki, bu haqda Təşkilat Komitəsinin rəsmi saytında bildirilib. Son sutkada daha 29 nəfərin testi müsbət çıxıb. Virusa yoluxanlardan 4-ü idmançıdır. Belə ki, Tokio-2020-də infeksiya aşkarlanan şəxslərin sayı 322-ə çatıb. Qeyd edilir ki, iyulun 1-dən olimpiada üçün 500 min koronavirus testi götürülüb. Əvvəlki maksimum göstərici iyulun 30-da qeydə alınıb. Həmin gün koronavirusa 27 yeni yoluxma aşkarlanıb.

Qeyd edək ki, Yay Olimpiya Oyunları avqustun 8-də başa çatacaq.
 

 





04.08.2021    çap et  çap et