525.Az

"Qobustan" jurnalının yeni sayında...


 

"Qobustan" jurnalının yeni sayında...<b style="color:red"></b>

"Qobustan" jurnalının bu il üçün ikinci sayı işıq üzü görüb.

Jurnal ənənəvi olaraq Vaqif Vəlixanlının "Qırx sətir" sərlövhəli yazısı ilə başlayır. Yazı İslam Şərqinin mədəniyyəti, özünə məxsus ab-havası barədədir. 

"Gəncənin Nizamisi" bölməsində İradə Musayeva "Məhəmməd Əmin Rəsulzadə Nizami haqqında", Xəzangül "Nizami Gəncəvi yaradıcılığında dünyəvilik", Zülfiyyə Dəvəliməhəmməd "Nizamidə din-iman", Ağaverdi Xəlil "Nizami Gəncəvidə Azərbaycan ruhu", Sədnik Paşayev "Nizamidə folklor kökləri" məqalələri ilə çıxış edirlər.

"Dünyanın Nizamisi" bölməsində Nizami haqqında deyimlər yer alıb.  Akademik Y.Bertelsin "Nizami dünyası", "Nizami 63 il ömür sürüb", "Nizami sufiydimi?", "Nizami və yer-göy elmləri", "Nizami niyə saray şairi olmadı" adlı məqalələri jurnalın bu sayında oxuculara təqdim olunub. 
"Şeyx Nizami" bölməsi Qəzənfər Xalıqovun müəllifi olduğu Nizami portreti barədə yazı ilə başlayır. Bu bölmədə yer alan "Nur heykəli" adlı yazı heykəltaraş Fuad Əbdürrəhmanovun sənətkarlığı barədədir. 

"O illərin havası" Yaşar Rzayevin 80 illik yubileyinə həsr olunub. "Qobustan"ın bu sayında Cabir Albantürkün şeirləri də yer alıb.

"Göy qurşağı" bölməsində Həşim Paşayev Fikrət Həşimovun bənzərsiz sənətindən, Pakizə Kazımova isə, Qarabağ mənzərələrindən yazıb.

Esmira Nəzərlinin "Hər şey unudulur səndən savayı" adlı yazısı Xalq artisti Qara Tağızadənin ruhuna ithaf olunub.

Jurnal Məmməd Səid Ordubadinin "Qılın və Qələm" romanından "səhifələrlə" yekunlaşır.

Rəhman Mirzəlizadə  
 

 





04.08.2021    çap et  çap et