525.Az

Azərbaycan güləşçisinin ilk rəqibi dəqiqləşib


 

Azərbaycan güləşçisinin ilk rəqibi dəqiqləşib<b style="color:red"></b>

Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan yığmasının daha bir güləşçisinin ilk rəqibi müəyyənləşib.

525 xəbər verir ki, sərbəst güləşdə qüvvəsini sınayan Turan Bayramov yarışa 1/8 finaldan başlayacaq. 74 kq çəki dərəcəsində mübarizə aparacaq təmsilçimiz Ukrayna güləşçisi Vasil Mixaylovla qarşılaşacaq. 

Görüş avqustun 5-də keçiriləcək.
Qeyd edək ki, sərbəst güləşçilərin yarışları Bakı vaxtı ilə saat 06:30-da başlayacaq.

 





04.08.2021    çap et  çap et