525.Az

Cüdomuzun Olimpiya ənənələri davam edəcək


 

Cüdomuzun Olimpiya ənənələri davam edəcək<b style="color:red"></b>

“İdman - mübarizə meydanıdır: qələbə də olur, məğlubiyyət də... Tokio-2020 olimpiadasında cüdoçularımızın bizim arzuladğımız nəticələri əldə bilməmələri, əlbəttə, təəssüf hissi doğurur”. 

Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, ustalar və veteranlar arasında dünya və Avropa çempionatlarının qalibi Azər Əsgərov özünün şəxsi İnternet səhifəsindəki (azeraskerov.az) növbəti statusunda cüdocularımızın Tokio-2020-dəki çıxışlarına münasibətini belə ifadə edib.

O, Azərbaycan Cüdo Federasiyasının məşqçilər heyəti barədə sərt qərar qəbul etdiyini xatırladaraq yazır: 

“Amma idmançılarımızı şiddətlə qınamaq da düzgün yanaşma deyil. Onların hər biri Olimpiya lisenziyasını çox mötəbər beynəlxalq yarışlarda uğurlu çıxlşlarına, qələbələrinə görə qazanıb”.

İdmanda şəxsi keyfiyyətlərlə yanaşı, bəxt amilinin də böyük rol oynadığını vurğulayan Azər Əsgərov bu Olimpiadanın yarışlarının da istisna təşkil etmədiyini vurğulayaraq yazır: 


“Lakin unutmayaq ki, Azərbaycan cüdosunun şərəfli Olimpiya ənənələri var. Bu ənənələrin qarşıdakı illərdə davam etdiriləcəyinə inanmalıyıq”.
Tokioda öz bürünc medalı ilə bu ənənəyə sadiq qalan İrina Kindzerska-Əliyevanı, həmçinin boksda və yunan-Roma güləşində bürünc medal qazanan Alfonso Domingesi və Rafiq Hüseynovu təbrik edən veteran cüdoçu güləşdə yüksək nəticələr göstərə biləcək digər idmançılarımızın olduğunu və onlardan qələbə gözlədiyini qeyd edib.

“Xalqımızın qələbə ruhu güclüdür! Qəhrəman oğullarımız bunu Qarabağ zəfəri ilə sübuta yetiriblər. Tokioda qələbə şanslarımız hələ tükənməyib. Öz yarış növbələrini gözləyən idmançılarımıza əzmkarlıq və uğur arzulayıram!”
 

 





04.08.2021    çap et  çap et