525.Az

“Gedəndə də qalır Adam...”


 

“Gedəndə də qalır Adam...” <b style="color:red"></b>

Bəlkə 20 ildən artıq vaxt keçib...Amma səhərin əsrarəngiz alatoranında radiodan eşidərək yuxudan ayıldığımDuamız başa varsınsəsinin ilahi sehri bugünkü kimi yaddaşımdadır... aradan zaman axıb getsə SƏSin yaddaşı olduğuna bir daha əmin oldum... O mənim yadımdaSəs qalıb. Bütün anlamlarda...”Səshər mənasında nostalgiyaya sürükləyə bilər...Xalq yazıçısı Mövlud Süleymanlı ilə ilk tanışlığımız təxminən 5 ilə əvvəl gənc şair Əli Əlioğlunun vasitəsilə olub. maraqlıdır ki, bugünlərdə görüşəndə həmin tanışlığı təfərrüatlarıyla xatırlaması məni sevindirdi , qürurlandırdı da. Şimşəyin göyün bağrını yardığı, ildırımın gurladığı, yağış damlalarının səpələndiyi, romantik olduğu qədər nostalji hisslər oyadan yaz axşamında Xalq yazıçısı daha bir gözəl şeirini yazdı sanki danışdıqlarıyla...Uşaqlığımı xatırladan nostalji hisslər oyadan o əfsunlu səsi yenidən eşitdim...Sözünü kəsməməyə çalışaraq Mövlud Süleymanlını dinlədim... Ürək döyüntüsü kimi alınıb söhbətimiz məncə,- gah həyəcanlı, gah aram...İnanırıq ki, bu söhbət oxucularımızın da ürəyincə olacaq...

 

Sevinc MÜRVƏTQIZI

 

Ölçülərnizam, sahman pozulanda nostalji hisslər  oyana bilər

 

 

Mən səsə bağlı adamam, yazılarımı da içimdəki səslə yazıram, yəni, danışa-danışa, dillənə-dillənə, özümdən asılı deyil. Bu cür, səslənə-səslənə yazmağımı da çox-çox sonralar anlamışam, bəlkə əlli ildən sonra...İndilərdə fikirləşirəm ki, əgər özüm öz pıçıltılarımı eşidirəmsə, daha doğrusu, eşitmyə başlamışamsa yəqin yaradıcılığımın sonu gəlib çatıb. (gülür) Onu da düşünürəm ki, bu səs əslində işlətdiyim, çaldığımkülüngümünsəsidi. Eşidilən bütün səslər bir çox hallarda nəyisə, hansı mənalarısa  ifadə eləyir. Mən belə düşünürəm ki, xaraktersiz səs yoxdu. Səsi eşidən kimi ağrısını-acısını, sevincini, kədərini anlamaq mümkündü...Sözü adını çəkdiyiniz duaların yaranmasına, ən əsası da ifasına, ifadəsinə gətirmək istəyirəm. Bunun həm bizim nostalji üstündə olan mövzumuzla güclü bağlantısı var...

 

Əvvəla onu deyim ki, nostalgiya sözü XXL əsrlə bir yerdə gəldi üstümüzə. Mənası yaranışdan bizimləydi... Mənə elə gəlir ki, bir başa qəribsəmək, xiffət çəkmək mənasına uyğundu. Siz deyəndən sonra nostalji sözünün üstə bir xeyli düşündüm...Yaşanan, keçirilən nostalji hissləri əslində ayrılığa, həsrətə dalmaqdı, sulara qərq olmaq kimi... Bu boşalmış yaddaşın duyğularla dolmağıdı həm , doğmalıqla dolmaq da demək istəyirəm. Nostaljinin maraqlı tərəfi bir odu ki, yazı prosesinə yaxındı, qəribsəmək, həsrət çəkmək daxilin,-için, aləminin dillənməyidi. Çox anlarda da yazıya gəlib çıxa bilir. Çox misallar çəkmək olar...

 

 Tanrı duaları da xalqın minilliklər öncəsi yaddaşına tuş gəldiyim, toxunduğum üçün işləyib hazırlaya bildim. Daha doğrusu, xalqın islamdan qabaq, minilliklər öncə düşüncəsində, mədəni qatlarında yaşatdığı inam-inanc ifadələrini bərpa etdim. İfadə etməyə səs lazım idi. Bu səsi başqa yerdə yox, öz içimdə tapdım, öz səsimlə oxudum...Duaları xatırladığınız üçün dərin təşəkkürlərimi bildirirəm...

 

Mən niyəsə ayrılığın əslində olduğunu uzun müddət bilməmişəm, indi bunu da demək istəyirəm ki, yəqin heç bilmək lazım deyilmiş; torpaqlarımızın, yurdlarımızın əlimizdən getdiyi vaxtacan. Ən böyük dərd yurdu, torpağı itirəndən sonra gəlir. Yer üzünün ən ağır itgisi torpaqlarını itirməkdir.

 

Mən Bakıya keçən əsrin 60- illərində gəldim, doğulduğum kənd  Bakıdan min kilometrdən çox aralıda Türkiyə sınırlarında yerləşən ucqar bir dağ rayonuna daxil idi. Yay tətillərində kəndə gedər, ordan da yaylağa, qardaşımın yanına qalxardım. Son vaxtlar yaylaqda darıxmağa başladım. Doğrudan da elə oldu, darıxmağım dözülməz hala gəldi: –Yaman darıxıram-dedim, qardaşıma,- Bəlkə mən gedim.

 

Qardaşım xeyli dinmədi, başını salıb əlindəki işi görməkdəydi:

 

Bilirsən,-dedi,-niyə darıxırsan? İşin-gücün yoxdu ona görə, əlin boşdu. Bayaqdan fikir verirəm, əlin heç cibində durmur, əlini qoymağa yer axtarırsan. Başımızın üstünü almış qara buludları, çaxnaşan, yellənən ilxıları, narahat sürüləri görüb bunun demək olduğunu bilsən, darıxmazsan...Şəhərçün darıxırsan. Hamısı bilirsənmi üçündü? Ona görədi ki, yaylağa lazım deyilsən. Amma işsiz-gücsüz adamlar harda olurlar olsunlar, darıxmalıdırlar...

 

Bu baxımdan məncə, nostalgiya həm zəiflik əlamətidir. Ölçülər-nizam, sahman pozulanda nostalji hissləri oyana bilər, bu cür düşünmək olar... 

 

 

 

Vaxt yaranan bütün boşluqları  doldura-doldura bizdən keçib getməkdədir...

 

Təbiətdə canlı varsa eyni harmoniyadadır, eyni ahəngə tabedir. Bu harmoniyanın, bu ahəngin yanında hətta bu şəkildə parçalanmalar, çəkilmiş sınırlar- sərhədlər mənasız görünür... Bütün bu döyüntüləri, ahəngi tənzim edən Vaxtın özü yaranan bütün boşluqları doldura-doldura bizdən keçib getməkdədi...Yaraları sağaldan da bu əbədi hərəkətdi. Yaşayırsan, zədələr, zərbələr ala- ala...Torpaq həsrətinin, ayrılığının yanında bütün ayrılıqlar boş şeydi.

 

Keçən il artıq özümü saxlaya bilmədim, sentyabrın 6-da oğlumla maşına oturub düz doğulduğum kəndlə sərhəddə getdim. Bütün Aran Borçalı boyu tanış yerlərə baxa-baxa, qohum-əqrabaları görə-görə gedib indi Ermənistan adlanan Dağ Borçalıya çıxdım...(kövrəlir) Dözmək çətindi, başa düşürsünüz, torpaq adamı dəli eləyir...Doğulub boya-başa çatdığım bir yana, yaradıcı adam kimi indinin özündə ruhumun qonduğu yerlərdi, boylana-boylana qalıram, heç tapa blmirəm, vəssalam.  Təxminən iki kilometrə qədər aralıdan durub baxmaqdan başqa eləyə bilərsən. Özümlə binokl da götürmüşdüm. Bir göyün, bir Günəşin altında hər yeri qara gördum, yeddi para kənddi, hamısının üstünə qara rəng çökmüşdü, qara bir rəngin içində idi... nostalgiya rəngi. Bayaq dediyim yaşayışda-ömürdə həmin boşluğların yaranma səbəblərindən biri budur. Nostalgiya həm çox qüdrətli anlayışdı. “Mən qürbətdə deyiləm, qürbət mənim içimdəkimi möhtəşəm misralar yazdıra bilir nostalgiya...

 

 

İçimdəki layları-qatları qaldırdıqca mənsub olduğumuz xalqın  böyüklüyünü görürdüm...

  

Universitetin dördüncü kursundan Azərbaycan Radiosu ilə əlaqə saxlamağa başladım. Bir- iki il işlədim. Sonra öz verilişimi tapdım- “Bulaqverilişini. O mənim qismətim, alın yazımmış,  Bulaq  məni ardınca tale kimi çəkib apardı. “Bulaqverilişini yazdıqca, şairlik çıxmasın, özümə rast gəldim, yaddaşımın qatları açıldı; bu qatlarda yaşayan Xalqımın, elimin-obamın dahilik dərəcəsində yaratdıqlarını-yaradıcılığını gördüm. Öyrəndiklərim, bildiklərim artdıqca neçə-neçə minilliklərin o tayında  qalmış varlığına rast gəldim, özləri özlərinəQarabaşlılardeyən Şumerlər olduğuna bir daha inandım. Mən oradaBulaqverilişində yaşayışın qatlarını açırdım. Yazdıqca xalqın özü, xalqdan əxz elədiyim tərbiyə, insanın kökündə, nəcabətində olan qanla, sümüklə gələn duyğular görünməyə başlayırdı. Bu yəqin ki, hər adamda var. Məndə isə bu qatın üstünü Radio açdı, Vaxt tələb edirmiş, Milli Radioya zamanında bu duyğular lazımmış...         

 

Radio səsin, sözün üstündə qurulur. Radio verilişlərində insana səslənən söz diri olmasa, o söz səsiylə deyilməsə o veriliş alınmayacaq. Radio yaradıcılığımda mən həmişə çalışırdım ki, ərəb-fars sözlərindən bacardıqca qaçım. Bir-bir xalqdan dənləyib gətirdiklərimi xalqa çatdırmağı qarşıma məqsəd qoymuşdum. İçimdəki layları-qatları  qaldırdıqca həmişə mənsub olduğumuz xalqın böyüklüyünü görürdum...Bu xalqın böyüklüyü qarşısında dayanaraq ondan eşitdiyimi, bildiyimi yazmağa başladım. Yaxşı ifadələr tapmağa çalışdım. “Koroğludastanında bir cümlə var: “Koroğlu Qıratın belində elə gəlirdi, elə gəlirdi, elə bil bir dağ idi, buludu başına alıb gəlirdi..” Təsəvvür edin, azacıq yazmaq meyli istedadı olan adamı bu bircə cümlə neyləyər, haralara qaldıra bilər? Bu, hələ xalqdan çəkdiyim bircə misaldı. Mənim doğulduğum kənd indi yoxdu. Bax, həmin o, yox olan kəndin adicə gündəlik danışığı da belə sözlərdən ibarət idi. Hansı ki adi, danışığında həmin oKoroğludastanındakı ifadələrlə danışırdı. İnsan adi bir adamın ölməyinə dözə bilmir, kəndin yox olmağına dözmək olarmı? Bu, təkcə keçmişin yox olmağı deyil, həm gələcəyin yox olmağıdı...O kənddə eşitdiyim minlərlə sözdən ibarətSöz içində sözadlı kitab ərsəyə gətirdim.

 

 

Saz çalınan kimi elə bil bütün əzalarım bir-birindən ayrılır...

  

Yaxşılıqlar yadımda qalır, pislikləri unuduram. Nifrət eləməyin özü sağlam hiss deyil. El arasında məsəl var: “Düşməninə nifrət elədinsə, yalnız nifrət edəcəksən, qisasını ala bilməyəcəksən”. Nifrət insanı xılt içində saxlayır, durulub yaşamaq lazımdır. Bu hissləriYer üzünə məktubadında etnoqrafik romanımda qələmə aldım. O əsərdə göstərməyə çalışmışam ki, mən belə bir xalqa mənsubam. Xalq mahnıları saz havaları  məni bir anda nostalgiyaya aparır. Qəribədir, saz çalınan kimi elə bil bütün əzalarım bir-birindən ayrılır. Əlbəttə, ifa yaxşı olanda. Mənim doğulduğum kənddə heç aşıq olmayıb. Düzdür, atamın sazı olub, həmişə evimizin orta dirəyində asılı görmüşəm o sazı. O dirək indi gözümün qarşısındadı, o qədər köhnəlmişdi ki, qırmızı rəngə çalırdı. qədər ki, boyum balaca idi, o saza əlim çatmırdı. Yavaş-yavaş əlim çatdı, bir dəfə telinə toxundum. Bir gözümü açdım ki, saz yoxdu. Anamdan soruşdum hanı saz? Cavab verdi ki, gördüm, sən ayağının ucuna qalxdın, sazı dınqıldatdın. Ona görə onu itirdim ki, çalmayasan. Atan çaldı, çaldı, qayıtmadı davadan. Birdən bu saz səni aparar, itirər...Amma mən gəldim Bakıda saz tapdım, yaxşı saz çalmağı da öyrəndim. İndi hansı otağımı açsanız, saz görərsiz orda. Amma artıq çoxdandı çalmıram. Deyəndə şüara oxşayacaq, bəlkə, torpaqlarımızın getməyinə dözürəm, amma acıya-acıya dözürəm.. adamın içi qana bələnir... İçin qan necə çalasan? Yəni elə bir çalmağım da yox idi. Mənim deməyə sözum yazı-pozularımdı. Mən iki ildə, bir ildə bir şeir ya yazaram, ya yazmaram. O da necə yaranır, elə bil, tumurcuq asfaltı deşib çıxır. Buna oxşayır şeir yazmağım.

 

 

Bakı anayabənzər şəhərdir...  

 

Bakı doğrudan da anayabənzər şəhərdi; qollarını açmış, qoynu- qucağı hiss olunan şəhər. qədər ağrıları-acıları, gözü yaşlı qədər insanı qoynuna yığdı... qədər sarsıntılara, dönüklüyə, zərbələrə dözdü. Yadelli tənələrinə, yadlar biganəliyinə dözdü, hamıya yurd oldu, acları doyurdu, çılpağı donatdı, üşüyəni isitdi, ağlayanı kiritdi...Bizi yaşatdı...Biz yaşadıq. Yadlar- bizi istəməyənlər, görmək istədiklərini görmədilər.

 

Bunun özü nəcabətli bir xalq olduğumuzu bir daha sübut etdi, bütün zamanlarda da edəcək... Təmsil olunduğumuz Xalq elə bir sahə, elə bir istiqamət yoxdu ki, o haqda öz sözünü deməmiş olsun. Biz indi bundan istifadə edib yaşayırıq, bu gün o özülün üstündəyik. Biz öz qədrimizi özümüzdən uzaqlaşandan sonra biləcəyik. Ağlı başında olan millət üçün keçmiş əslində elə gələcəkdi.

 

 

Bilin ki, gedənlər  eləbelə getmir...  

 

Onu istəyirəm ki, məni dərindən oxsunlar,  gözucu baxmaqla məni tanımaq, anlamaq olmaz. Məni oxuyub dərk eləyən xatırlayacaq, məni yazıçı kimi xatırlamamaq mümkün deyil:

 

 

Qanadın yorulmasın, 
 Məndən sonra uçan Quş, 
 Sağlığa uçasan səni. 
 Məndən sonra gələn Qış, 
 Soyuğun sünbülə dönsün, 
 Gül kimi açasan səni. 

 Məndən sonra axan Su, 
 ruhumdan keç. 
 Beləcə bütöv, sağlam, duru, 
 Aranımdan, Dağımdan keç... 
 Məndən sonra gedən Yol, 
 Mən sənə vardım getdim... 
 səni başa varasan. 
 Məndən sonra gələn Söz, 
 səni aradım, getdim, 
 həmişə uca durasan!... 
 
 Aramızda yalan olmadı... 
 Biri üzündən aldı, 
 Biri tozundan aldı
 Özündən alan olmadı... 
 
 Məndən sonra gələnlər, 
 Sağlıqla yaşayın, 
 Amma bilin ki
 Doğulan kimi vaxtın oğlu olur Adam, 
 Bilin ki, gedənlər elə-belə getmir, 
 Gedəndə qalır Adam...
 





14.04.2014    çap et  çap et