525.Az

"Ümid edirəm ki, qısa müddətdə Türkiyədəki yanğınları söndürəcəyik"


 

"Ümid edirəm ki, qısa müddətdə Türkiyədəki yanğınları söndürəcəyik"<b style="color:red"></b>

"Bu gün səhər saatlarında Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin idarəetmə mərkəzindən bizi yanğınların söndürülməsi ilə bağlı 3 istiqamətə yönəldiblər".

525.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycan fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib. Nazir müavini qeyd edib ki, bu, Kavaklı, İlanlı və Çayhisarına bölgələridir: "Bu istiqamətdə baş vermiş yanğınların söndürülməsinə bizim qüvvələr yönəldilib. Bu dəqiqələrdə yanğınların söndürülməsi işləri görülür. Həmçinin bu istiqamətdə bizim 1 helikopterimiz də fəaliyyətdədir".

Etibar Mirzəyev Türkiyənin qardaş ölkə olduğunu bildirib: “Biz yanğınların söndürülməsi üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, qısa bir müddətdə Türkiyədəki yanğınları lokallaşdırıb söndürəcəyik. Artıq 4 gündür FHN əməkdaşları və texnikaları yol gəlir. Hər bir bölgədə bizim əməkdaşları qardaş kimi qarşılayırlar. Bizə hər zaman can deyən Türkiyəyə demək istəyirik ki, Can Azərbaycan onların yanındadır. Yaşasın Türkiyə Azərbaycan qardaşlığı və dostluğu".
 

 





04.08.2021    çap et  çap et