525.Az

Kəlbəcərdəki mövqelərimiz növbəti dəfə atəşə tutuldu


 

Kəlbəcərdəki mövqelərimiz növbəti dəfə atəşə tutuldu<b style="color:red"></b>

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 4-ü saat 14:50-də Basarkeçər rayonunun Əzizli kəndi ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

 





04.08.2021    çap et  çap et