525.Az

Azərbaycanlı şairin kitabları Almaniyada və Təbrizdə çap olunub


 

Azərbaycanlı şairin kitabları Almaniyada və Təbrizdə çap olunub<b style="color:red"></b>

Tanınmış şair Nazim Əhmədlinin "Mein geliebtes fernes Meer" (Sevdiyim uzaq dəniz) adlı şeirlər kitabı Almaniyanın Köln şəhərində alman dilində çap olunub. Kitabı Azərbaycan dilindən Almaniyada yaşayan tanınmış türk yazıçısı, Orhan Aras  və Azərbaycandan şair-tərcüməçi Yusif Savalan tərcümə edib. Kitabda şairin müxtəlif illərdə yazdığı şeirlərdən nümunələr daxil edilib.

525.az xəbər verir ki, Nazim Əhmədlinin "Buludları üstümə ört" adlı daha bir kitabı Təbrizdə fəaliyyət göstərən "Aydın-Sav" nəşriyyatında çap olunub. Kitabın naşiri Təbrizdə yaşayan yazıçı Nurəddin Müqəddəm, sifarişçisi şair Seyid Mahmud İbadi, ərəb əlifbasına çevirən isə şair Səxavət İzzəti Əndəlibdir. Bu kitabda şairin müxtəlif illərdə yazdığı müxtəlif mövzulu şeirlər toplanıb.
 

 





05.08.2021    çap et  çap et