525.Az

"Qarabağda prioritet üçtərəfli bəyanatların həyata keçirilməsidir" - Rusiya XİN


 

"Qarabağda prioritet üçtərəfli bəyanatların həyata keçirilməsidir" - <b style="color:red">Rusiya XİN</b>

Dağlıq Qarabağ münaqişəsi rayonunda vəziyyətin normallaşması ilə bağlı səylər çərçivəsində prioritet 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatların həyata keçirilməsidir.

525.az-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 76-cı ssesisyasında Rusiyanın mövqeyi ilə bağlı yaydığı bəyanatda bildirilib.

"BMT agentliklərinin, xüsusilə də BMT-nin qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin Rusiyanın sülhməramlı əməliyyatının keçirildiyi zonada humanitar fəaliyyətə qoşulmasını faydalı hesab edirik. BMT agentliklərininin mümkün işlərinin parametrləri Bakı və İrəvanla birbaşa koordinasiyalı şəkildə razılaşdırılmalıdır", - deyə Rusiya XiN məlumatında qeyd olunub.

 

 





05.08.2021    çap et  çap et