525.Az

Yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düşüb - Foto


 

Yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düşüb - <b style="color:red">Foto</b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin üçüncü qrupu qardaş Türkiyə Respublikasına yola düşüb.

525.az-ın APA-ya istinadən məlumatına görə, yardım karvanı Bakı vaxtı ilə saat 11-00 da yola çıxıb.

Yanğın-xilasetmə qrupuna 40 ədəd yanğınsöndürmə texnikası, 150 nəfər yanğınsöndürən daxildir.

Qeyd edək ki, qrupa daxil olan 1 ədəd BE-200ÇS" tipli amfibiya təyyarəsi bir günlük texniki baxışdan sonra bu gün səhər saatlarında yanğın davam edən ərazilərə geri qayıdıb.

Yardım karvanının yola salınmasına FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov rəhbərlik edib.

 





05.08.2021    çap et  çap et