525.Az

Türkiyədə 180 meşə yanğınının qarşısı alınıb


 

Türkiyədə 180 meşə yanğınının qarşısı alınıb<b style="color:red"></b>

Türkiyədə 9 gün ərzində 38 vilayətdə 180 meşə yanğının qarşısı alınıb.

525.az xəbər verir ki, bunu ölkənin kənd və meşə təsərrüfatı naziri Bəkir Pakdemirli öz "Twitter" səhifəsində yazıb.

O bildirib ki, hazırda 5 vilayətdə 12 meşə yanğını davam edir.

Son məlumatlara əsasən, Antalyada 2, Aydında 1, Dənizlidə 1, İspartada 1 və Muğlada 7 nöqtədə yanğınla mübarizə aparılır.

 





05.08.2021    çap et  çap et