525.Az

Venesuela rəqəmsal valyuta işə salacaq


 

Venesuela rəqəmsal valyuta işə salacaq<b style="color:red"></b>

Venesuela hökuməti oktyabrın 1-dən etibarən rəqəmsal milli valyuta işə salacaq.

525.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Bankı bildirib.

Qeyd olunur ki, rəqəmsal bolivarlarda kağız əskinaslarla müqayisədə 6 sıfır az olacaq.

Eyni zamanda, qeyd olunur ki, rəqəmsal valyutanın tətbiqi bolivarın məzənnəsinə təsir göstərməyəcək

Qeyd edək ki, son bir neçə il ərzində Venesuelada hiperinflyasiya yaşanır. 2019-cu ildə ölkədə inflyasiya səviyyəsi 9 600 faiz, 2020-ci ildə 3 min faizə yaxın olub.

 





05.08.2021    çap et  çap et