525.Az

Sahibə Qafarova İran Prezidentinin andiçmə mərasimində iştirak edib


 

Sahibə Qafarova İran Prezidentinin andiçmə mərasimində iştirak edib<b style="color:red"></b>

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti İranda səfərdədir.

525.az xəbər verir ki, avqustun 5-də nümayəndə heyətimiz İranın yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimində iştirak edib.

İran İslam Şurası Məclisinin binasında keçirilən mərasimə 73 ölkədən 115 rəsmi şəxs, o cümlədən 10-a yaxın ölkənin prezidenti, 20 parlament sədri, 11 xarici işlər naziri və beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.

Qeyd edək ki, iyunun 18-də İranda növbəti prezident seçkiləri keçirilib. Seyid İbrahim Rəisi 61,9 faiz səslə prezident seçkilərində qalib elan olunub.

 





05.08.2021    çap et  çap et