525.Az

Lionel Messi “Barselona”dan rəsmən ayrılıb


 

Lionel Messi “Barselona”dan rəsmən ayrılıb<b style="color:red"></b>

“Barselona”nın kapitanı Lionel Messinin taleyinə aydınlıq gəlib.

525.az xəbər verir ki, Kataloniya klubu argentinalı superulduzla yeni müqavilə imzalanmayacağını bəyan edib.

Bir müddət əvvəl klubla yeni 5 illik müqavilə imzalanması xəbəri yayılan 34 yaşlı futbolçu ilə yollar rəsmən ayrılıb.

Onun karyerasını PSJ və ya “Mançester Siti”də davam etdirməsi gözlənilir.

Qeyd edək ki, “Barselona” akademiyasının yetirməsi olan Lionel Messi 2004-cü ildən əsas komandada çıxış edib.

 

 





05.08.2021    çap et  çap et