525.Az

Türkiyədə 208 yanğından 196-sı nəzarət altına alınıb


 

Türkiyədə 208 yanğından 196-sı nəzarət altına alınıb<b style="color:red"></b>

Türkiyənin 44 əyalətindəki 208 meşə yanğınından 196-sı nəzarət altına alınıb.

525.az “Hurriyet”ə istinadən xəbər verir ki, Antalya, Muğla, Aydın, İsparta və Dənizli əyalətlərinin bir neçə rayonunda yanğınların söndürülməsi prosesi hələ də davam etdirilir.

12 məntəqədə isə yanğınların qarşısını almaq hələlik mümkün olmayıb. Belə ki, Muğlanın Marmaris, Köycegiz, Milas, Kavaklidere, Yılanlı və Seyidkemer, Aydının Karacasu, Antalyanın Kemer, İspartanın Sütçüler və Dənizlinin Güney rayonlarında yanğınlar davam edir.

Qeyd edək ki, artıq 10 gündür Türkiyədə meşə yanğınları davam edir.

 





06.08.2021    çap et  çap et