525.Az

Azərbaycan hərbçiləri Gürcüstanda təlimlərdə iştirak edib


 

Azərbaycan hərbçiləri Gürcüstanda təlimlərdə iştirak edib<b style="color:red"></b>

Gürcüstanda Azərbaycan hərbçilərinin də iştirak etdiyi “Agile Spirit - 2021” hərbi təlimləri başa çatıb.

525.az xəbər verir ki, iyulun 26-da start götürən çoxmillətli hərbi təlimlərin bu gün bağlanış mərasimi keçirilib.

Qeyd edək ki, 2011-ci ildən etibarən sayca 10-cu dəfə keçirilən builki hərbi təlimlərdə Gürcüstan, Estoniya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya, İspaniya, Türkiyə, Ukrayna, Böyük Britaniya, ABŞ, Kanada, İtaliya və Azərbaycandan ümumilikdə 2500-dək hərbçi iştirak edib.

 

 





06.08.2021    çap et  çap et