525.Az

Ağsudakı yanğın məhdudlaşdırılıb - Video


 

Ağsudakı yanğın məhdudlaşdırılıb -<b style="color:red"> Video</b>

Ağsu rayonu, Gəgəli kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın bu gün günorta saatlarında məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyindən 525.az-a verilən məlumata görə, yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Yanğınsöndürmə əməliyyatlarına Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər cəlb edilib.

 

 





06.08.2021    çap et  çap et