525.Az

FHN Bakıda ağaclıq ərazidə baş verən yanğınla bağlı məlumat yayıb - Video


 

FHN Bakıda ağaclıq ərazidə baş verən yanğınla bağlı məlumat yayıb - <b style="color:red"> Video</b>

Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün Bakıda ağaclıq ərazidə baş verən yanğınla bağlı məlumat yayıb.

525.az nazirliyin saytına istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində ağaclıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumat əsasında dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 1 hektara yaxın ərazidə quru ot və ağaclar yanıb. Yaxınlıqdakı tikililər və sıx ağaclıq ərazi yanğından mühafizə olunub. Yanğın saat 13:08-də yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

 





07.08.2021    çap et  çap et