525.Az

Pakistan Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana rəsmi səfərə gəlir


 

Pakistan Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana rəsmi səfərə gəlir<b style="color:red"></b>

Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı aviasiya marşalı Tahir Rafiq Battın aprelin 16-da Azərbaycana rəsmi səfəri planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, səfər çərçivəsində aviasiya marşalı Tahir Rafiq Battın rəhbərlik etdiyi nümayəndə heyətinin Müdafiə Nazirliyində görüşləri, Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.
 
Səfər aprelin 19-dək davam edəcək.

 





15.04.2014    çap et  çap et