525.Az

FHN-nin növbəti qrupu Türkiyənin Muğla vilayətinə çatıb


 

FHN-nin növbəti qrupu Türkiyənin Muğla vilayətinə çatıb<b style="color:red"></b>

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti – üçüncü qrupu Türkiyənin Muğla vilayətinə çatıb.

525.az APA-ya istinadən xəbər verir ki, yanğın-xilasetmə qrupuna 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürən daxildir.
Onlar bu gün yanğınsöndürmə əməliyyatlarına cəlb olunacaq.

Qeyd edək ki, hazırda FHN-nin 710 şəxsi heyət, 93 texnika, bir ədəd helikopter, bir amfibiya təyyarəsi Türkiyədəki yanğınlarda fəaliyyət göstərir

 





08.08.2021    çap et  çap et