525.Az

Gürcüstanda dövlət bayraqları endirilib


 

Gürcüstanda dövlət bayraqları endirilib<b style="color:red"></b>

Avqustun 8-də Gürcüstanda dövlət bayraqları endirilib.

525.az xəbər verir ki, avqustun 8-də Rusiya ilə Gürcüstan arasında 2008-ci ildə baş vermiş 5 günlük müharibənin 13 ili tamam olub.

Bununla əlaqədar olaraq müharibədə həlak olanların xatirəsi ehtiramla anılıb, Prezident sarayı, hökumət administrasiyası, parlament binası, digər dövlət idarələrində və diplomatik nümayəndəliklərdə bayraqlar endirilib.

 





08.08.2021    çap et  çap et