525.Az

ABŞ Talibanın mövqelərinə zərbələr endirdi


 

ABŞ Talibanın mövqelərinə zərbələr endirdi<b style="color:red"></b>

Əfqanıstanın şimalındakı Cüzcan vilayətində ABŞ-a məxsus B-52 bombardman təyyarələri Talibanın mövqelərini vurub.

525.az xəbər verir ki, bununla bağlı Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hücumda 200-dən çox yaraqlı öldürülüb, çox sayda silah-sursatn isə məhv edilib.

Taliban hələlik məsələ ilə bağlı açıqlama yaymayıb.

 





08.08.2021    çap et  çap et