525.Az

Aralıq dənizində antik Roma gəmisi tapılıb


 

Aralıq dənizində antik Roma gəmisi tapılıb<b style="color:red"></b>

Aralıq dənizində Palermo yaxınlığında eramızdan əvvəl II əsrə aid olan antik Roma gəmisi aşkar edilib. 

525 xəbər verir ki, sualtı robotun çəkdiyi ilk görüntülərə görə, gəmi dənizin 92 metr dərinliyində yerləşir və bol miqdarda şərab amforası daşıyır.Bu hadisə Siciliya hakimiyyəti tərəfindən son illərin ən əhəmiyyətli arxeoloji tapıntılarından biri kimi dəyərləndirilib. Keçən həftə isə arxeoloqlar Ustika adasının təxminən 70 metr dərinliyində fərqli bir qədim Roma gəmisi tapıblar. Bu gəmidə də eramızdan əvvəl 2-ci əsrə aid çoxsaylı amforalar aşkarlanıb. 

Tədqiqatçılar, tapıntıların Romanın ədviyyat, şərab, zeytun və digər məhsulların Şimali Afrika, İspaniya, Fransa və Yaxın Şərqlə ticarət fəaliyyətini təsdiqlədiyini söyləyib.

El Roman

 





09.08.2021    çap et  çap et