525.Az

Pişiklərdə yeni yolxucu xəstəlik aşkar edildi


 

Pişiklərdə yeni yolxucu xəstəlik aşkar edildi<b style="color:red"></b>

İngiltərədə edilən rəsmi açıqlamaya görə, pişiklərdə yeni xəsrəlik aşkar edilib. Pişik yemindən qaynaqlandığı düşünülən bu sirli xəstəliyin 63,5% ölümcül olduğu söylənilib.

525.az xəbər verir ki, İngiltərə Krallığı Baytarlıq Kolleci (RVC) rəsmi açıqlamalarında araşdırma nəticəsində 528 pişiyin bu xəstəliyə tutulduğunu və ölüm nisbətinin yüksək olduğunu bildirib. RVC səlahiyyətliləri, xəstəliyin “Pancytopenia” olduğunu və pişik qidalarında T-2 və HT-2 mikotoksinlərindən qaynaqlandığını bildirib. Yoluxmuş pişiklərdə çəki itkisi, iştahsızlıq və qan hüceyrələrinin konsentrasiyalarının azalması da daxil olmaqla çoxlu zəhərli təsirlər qeydə alınıb.

Bundan əlavə, bir çox yoluxma hallarının onlara və ya baytarlara bildirilmədiyi üçün sayın daha çox olacağından narahat olduqları da ifadə edilib.

Firuzə Əliyeva

 





09.08.2021    çap et  çap et