525.Az

Azad olunan ərazilərdə daha 183 mina aşkarlanıb


 

Azad olunan ərazilərdə daha 183 mina aşkarlanıb<b style="color:red"></b>

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan 525.az-a verilən məlumata görə, avqustun 2-dən 8-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 180, tank əleyhinə 3 mina və 112 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 127 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

 





09.08.2021    çap et  çap et