525.Az

Azərbaycan Ordusunun leytenantı həlak olub


 

Azərbaycan Ordusunun leytenantı həlak olub<b style="color:red"></b>

Avqustun 9-u səhər saatlarında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə baş verib.

Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, hadisə zamanı leytenant Babayev İlqar Rüfət oğlu həlak olub.

Hadisənin səbəbləri araşdırılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

 





09.08.2021    çap et  çap et