525.Az

Gədəbəydə Səməd Vurğunun büstünün açılışı oldu


 

Gədəbəydə Səməd Vurğunun büstünün açılışı oldu <b style="color:red"></b>

Avqustun 6-da Gədəbəy rayonunda tanınmış Azərbaycan şairi Səməd Vurğunun büstünün açılışı olub.

525.az xəbər verir ki, tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev açıb.

O tədbir iştirakçılarını salamlayaraq, dahi şairin Azərbaycan ədəbiyyatında, mədəniyyətində müstəsna xidmətlərindən bəhs edib. Daha sonra tədbirin aparıcısı tanınmış şair-publisist Vahid Aslan sözü digər qonaqlara verib.

Professor İzzət Rüstəmov, dosent Rəşid Mahmudov, Əməkdar müəllim İskəndər İskəndərov, jurnalist Ləman Ələşrəfqızı, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar və b. Səməd Vurğunun ədəbiyyatımızda rolundan bəhs edərək Gədəbəy rayonunda büstünün açılışının əlamətdar mədəniyyət və ictimai hadisə olduğunu vurğulayıblar.

Tədbirə Slavyanka kənd 1 saylı tam orta məktəbin şagirdlərinin Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndirməsi ilə yekun vurulub.

 





08.08.2021    çap et  çap et