525.Az

Nigeriyada sürətli vəba yayılmağa başladı


 

Nigeriyada sürətli vəba yayılmağa başladı<b style="color:red"></b>

Qərbi Afrika ölkəsi Nigeriyanın Katsina əyalətində vəba epidemiyası səbəbindən 60 nəfər ölüb.

525 xəbər verir ki, bütün dünyanı bürüyən koronavirus pandemiyasından sonra Qərbi Afrika ölkəsi Nigeriyada sürətlə yayılan vəba epidemiyası can almağa davam edir. Katsina Əyalət Sağlamlığı komissarı bildirib ki. ştatda artıq 1400 nəfərə vəba diaqnozu qoyulub, 60 nəfər epidemiyadan ölüb".

Bölgələrə təcili dərman və tibbi ləvazimatların göndərildiyini qeyd edən rəhbər, sakinləri də epidemiyaya qarşı tədbir görməyə çağırıb.

Son ölümlərlə birlikdə yanvar ayından bu yana ölkədə vəba epidemiyasından 500-dən çox adam ölüb.

Firuzə Əliyeva

 





09.08.2021    çap et  çap et