525.Az

Obamanın təntənəli doğum günü diqqət çəkdi - Foto


 

Obamanın təntənəli doğum günü diqqət çəkdi -<b style="color:red"> Foto</b>

ABŞ-nin keçmiş prezidenti Barak Obamanın 60 yaşını qeyd etdiyi doğum günü şənliyini insanlar sərt reaksiya ilə qarşılayıb. 

525 xəbər verir ki, Obamanın və yüzlərlə qonağının koronavirus epidemiyasına qarşı tədbirlərə məhəl qoymadan, tibbi maska taxmadan rəqs etməsi sosial mediada müzakirələrə səbəb olub. “Daily Mail” qəzetində doğum günü şənliyinin Obamanın Massaçusets ştatındakı “Martha's Vineyard” adasında yerləşən və qiyməti təxminən 12 milyon dollar olan malikanəsində qurulan nəhəng çadırda təşkil edildiyi yazılıb.

Verilən məlumata görə, doğum günündə bir çox məşhur insanlar da daxil olmaqla 300-400 nəfər iştirak edib.

Firuzə Əliyeva

 





09.08.2021    çap et  çap et