525.Az

Dünyanın ən kiçik körpəsi evə buraxıldı - Foto


 

Dünyanın ən kiçik körpəsi evə buraxıldı -<b style="color:red"> Foto</b>

Cəmi 212 qram çəkisi və 24 sm  boyu ilə dünyanın ən kiçik körpəsi olaraq Sinqapurda dünyaya gələn Yu Xuan 13 ay reanimasiyada qadıqdan sonra evə buraxılıb.

525.az xəbər verir ki, körpənin anasına hamiləlik toksikozu diaqnozu qoyulduqdan sonra qeysəriyyə əməliyyatı normal planlaşdırıldığından 4 ay əvvəl həyata keçirilib. Sinqapur Milli Universiteti Xəstəxanasından bildirilib ki, hamiləliyin 25-ci həftəsində doğulan və hazırda 6 kiloqram ağırlığında olan Yu Xuan dünyaya gələndə çox az sağ qalma şansına malik idi. Həkimlər körpənin bütün çətinliklərə baxmayaraq inadkarlığı və böyüməsi ilə ətrafındakı insanlara ilham verdiyini deyib. Bu isə onu ətraf üçün “bir ümid çırağı” halına gətirib.

Ancaq Yu Xuan hələ də xroniki ağciyər xəstəliyindən əziyyət çəkir. Həkimlər körpənin zamanla sağalacağını düşünürlər.

Qeyd edək ki, əvvəlki rekord 2018-ci ildə ABŞ-da doğulan və  çəkisi cəmi 245 qram olan bir körpəyə aid idi.

Firuzə Əliyeva

 

 

 





09.08.2021    çap et  çap et