525.Az

Astronavt Marsdan Saharanın fotosu paylaşdı


 

Astronavt Marsdan Saharanın fotosu paylaşdı <b style="color:red"></b>

NASA-nın astronavtı Şeyn Kimbro Beynəlxalq Kosmos Stansiyasından dünyanın ən böyük səhrası olan Böyük Səhra (Sahara) səhrasının fotosunu çəkərək sosial media hesabında paylaşıb. 

525.az xəbər verir ki, Sahara səhrasının fotosunu öz İnstaqram səhifəsində paylaşaraq qeyd edib:

"Bu Marsın fotoşəkili deyil, bu Yerdir! Bu qırmızı torpağın hara olduğunu təxmin etmirsinizsə, sizə bir ipucu verəcəyəm. Bura dünyanın ən böyük və ən isti səhrasıdır. Saxara səhrası planetimizin ən sərt mühiti ... Kosmosdan heyrətamiz görünür".

NASA daha sonra bu şəkli rəsmi İnstaqram hesabında paylaşaraq Saxara səhrası haqqında bəzi məlumatlar verib. Peyklərdən əldə edilən məlumata görə, Saxara səhrası küləyin təsiri ilə Afrikanın digər çöllərindən orta hesabla 182 milyon ton toz toplayır. 

Firuzə Əliyeva
 

 





10.08.2021    çap et  çap et