525.Az

Azərbaycanın daha 8 müəssisəsi Rusiyaya alma göndərəcək


 

Azərbaycanın daha 8 müəssisəsi Rusiyaya alma göndərəcək<b style="color:red"></b>

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycanın daha 8 müəssisəsinə ölkəyə alma ixrac etməsinə icazə verib.

525.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un yaydığı rəsmi məlumatda qeyd olunur.

““Rosselxoznadzor” 2021-ci il avqustun 10-dan başlayaraq daha 8 Azərbaycan müəssisəsinə Rusiyaya alma ixrac etməsinə icazə verir”, - deyə məlumatda vurğulanıb.

Məlumatda həmçinin bildirilir ki, “Rosselxoznadzor” Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin müəssisələrdə, almalarda həyata keçirdiyi fitosanitar monitorinqin nəticələri ilə bağlı məlumatlarını təhlil edərək sözügedən bu qərarı verib.

 





10.08.2021    çap et  çap et