525.Az

Ağdama səfər turları təşkil ediləcək


 

Ağdama səfər turları təşkil ediləcək<b style="color:red"></b>

Dövlət Turizm Agentliyi (DTA) Qarabağa səfər turlarının təşkil edilməsinə başlayır.

Bu barədə Agentliyin sədri Fuad Nağıyev məlumat verib. Onun sözlərinə görə, ilk səfər bu ayın sonunda Ağdama təşkil olunacaq: “Bu səfər “Yolumuz Ağdamadır” adı ilə baş tutacaq. Biz Ağdamda doğulmuş və təxminən 30 ildir ki, ora gedə bilməyən sakinlərin ziyarətini təşkil edəcəyik”.

DTA-nın Regional inkişaf sektorunun müdiri Elgün Cavadov isə bildirib ki, bu ilin əvvəlindən Qarabağ Turizm Marşrutları konsepsiyası hazırlanıb:

"Konsepsiyaya Ağdam və Füzuli-Xocavənd marşrutları daxildir. Ağdama səfər barədə ictimaiyyətə məlumat veriləcək. Çünki iştirakçılıq məsələsi var. Həmçinin biletlərin onlayn və oflayn alınması məsələsi var. Qiymətlərə gəlincə isə hazırda bu barədə müzakirələr aparılır. Belə ki, hazırda İdarələrarası Mərkəzi Səviyyəsində müzakirələr gedir və biz təkliflərimizi vermişik. Sonuncu müzakirədə qiymətlərlə bağlı qərar veriləcək. Füzuli-Xocavənd marşrutu üzrə isə biz özümüz oralarda olmuşuq və maraq yaranarsa, gələn ildən bu istiqamətdə də turlar təşkil edə bilərik".

525.az-ın əldə etdiyi xəbərə görə, hazırda işğaldan azad edilən ərazilərə səfərlərlə bağlı insfrastruktur işləri aparılır. Bununla bağlı dövlətin müvafiq qurumlarını təsdiqindən sonra ictimaiyyətə qeydiyyatın və bu prosesin hansı qurumda aparılacağı ilə bağlı əlavə məlumat veriləcək.

Xatırladaq ki, Ağdama səfər turlarının təşkili ilə əlaqədar “525-ci qəzet”də yazılar dərc olunmuşdu. Yazılarda bu rayondan olan tanınmış şəxslər, yerli sakinlər işğaldan azad edilən Ağdama turların təşkilinin zəruriliyini bildirmiş, dövlət qurumlarından bu məsələdə yardımçı olmalarını xahiş etmişdilər. 
 

 





10.08.2021    çap et  çap et